Rusiya dondurulmuş aktivlərdən imtina edə bilər
Rusiya Avropada dondurulmuş 300 milyard dollarlıq dövlət aktivlərindən Ukraynanın yenidən qurulması üçün istifadə olunmasına razılıq verə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Moskva bu vəsaitin bir hissəsinin hazırda Rusiya qüvvələrinin nəzarətində olan Ukraynanın beşdə birinə xərclənməsində israr edəcək.
Bildirilir ki, Dünya Bankının verdiyi qiymətləndirməyə görə, Ukraynanın bərpası üçün 486 milyard dollar tələb olunur.
Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra ABŞ və müttəfiqləri Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyinin əməliyyatlarını qadağan edib, 300-350 milyard dollar dəyərində dövlət aktivlərini dondurublar. Bu vəsaitin böyük hissəsi Avropa, ABŞ və Böyük Britaniyanın dövlət istiqrazlarıdır və Avropa depozitar fondlarında saxlanılır.
Rusiya aktivlərinin dondurulduğu zaman ümumi məbləğlər isə aşağıdakı kimi olub:
207 milyard dollar – Avro aktivləri
67 milyard dollar – ABŞ dolları aktivləri
37 milyard dollar – Böyük Britaniya funt sterlinq aktivləri
36 milyard dollar – Yapon yeni
19 milyard dollar – Kanada dolları
6 milyard dollar – Avstraliya dolları
1.8 milyard dollar – Sinqapur dolları
1 milyard dollar – İsveçrə frankı
Nicat Osman
tag: Rusiya ,Avropa,Ukrayna,Dünya,todaypress.az,