Rusiya döyüş gəmilərini geri çəkdi

Dünya

13.02.2025 13:34

1490

Hazırda Qara və Azov dənizlərində Rusiyanın döyüş və ya hərbi gəmiləri yoxdur. TodayPress xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Qara və Azov dənizlərində düşmən gəmiləri yoxdur. Aralıq dənizində isə Rusiyanın 4 gəmisi var. Bunlardan 3-ü “Kalibr” qanadlı raketlərinin daşıyıcısıdır” deyə açıqlamada deyilib.

Rusiyanın hərbi gəmilərini Ukraynanın yüksək dəqiqlikli raket zərbələrindən qorumaq üçün geri çəkdiyi bildirilir.

Nicat Osman

tag: Ukrayna,Rusiya,Hərbi gəmi,Qara Dəniz,Azov Dənizi,