Rusiya dron qanunu tətbiq edəcək
Rusiyada pilotsuz təyyarələrin hərəkətini tənzimləyən qanun layihəsinin 2025-ci ildə təqdim ediləcəyi gözlənilir.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Andrey Nikitina məlumat verib.
“Biznes icmasındakı həmkarlarımız texnologiyalarla bağlı tam qərar verəndə onları ictimaiyyətə təqdim edəcəyik. Düşünürəm ki, ilk hesablamalar bu il olacaq” deyə o, bildirib.
Xatırladaq ki, Rusiyada pilotsuz yük daşımaları 2023-cü ilin iyun ayından başlayıb.
Aysel Mətləb
tag: Rusiya,Dron,Qanun,PUA,Layihə,Todaypress.az,