Rusiya Dünya Silah İxracında 2-ci yerdədir
Rusiya 2024-cü ildə 13,75 milyard ABŞ dolları dəyərində məhsul sataraq silah və hərbi texnika ixracına görə dünyada 2-ci yeri tutub.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin (CAMTO) reytinqində göstərilib.
ABŞ 42,329 milyard dollarlıq ixrac həcmi ilə reytinqdə lider olaraq qalır. Rusiyadan sonra Fransa, Cənubi Koreya, İtaliya, Almaniya, İsveç, İsrail, Norveç və Çin gəlir. Sonrakı yerləri İspaniya, Böyük Britaniya, Türkiyə, Hollandiya, Avstraliya, İsveçrə, Polşa, Kanada, Hindistan və Braziliya tutur.
Aysel Mətləb
tag: Rusiya,Silah,İxrac,Milyard,Dollar,Todaypress.az,