Rusiya Erməniləri İttifaqının rəhbəri Ermənistana buraxılmır
Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Ermənistana buraxılmayıb.
TodayPress "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan sosial şəbəkədəki səhifəsində məlumat verib.
"Bildiyim qədər, Abrahamyanın Ermənistan vətəndaşlığı var. Belə bir şəraitdə onun ölkəyə girişinə qadağa qoyulması Ermənistan Konstitusiyasının pozulması kimi qiymətləndirilə bilər" deyə o əlavə edib.
Qeyd edək ki, Ara Abramyan son bəyanatlarında dəfələrlə Ermənistan hakimiyyəti tənqid edərək, Rusiya ilə tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Töhfə Səməd
tag: Rusiya Erməniləri,İttifaq,Ara Abramyan,Ermənistan,Buraxılmama,Todaypress.az,