Rusiya: Ermənistan KTMT-yə ödəniş etməsə, müxtəlif ssenarilər nəzərdən keçirilə bilər
Əgər Ermənistan 2025-ci ilin sonuna qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməsə, təşkilatın digər üzv ölkələri müxtəlif ssenariləri nəzərdən keçirə bilər. Lakin Ermənistanın qurumdan çıxarılması gözlənilmir.
TodayPress xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “RIA” ya açıqlamasında bildirib.
“2026-cı il yanvarın 1-nə qədər iki il ərzində ödənişin olmaması halında digər KTMT üzv ölkələri müxtəlif ssenariləri nəzərdən keçirə bilər” deyə Pankin vurğulayıb. O, daha əvvəl də bəzi KTMT üzv ölkələrinin texniki, maliyyə və digər səbəblərdən təşkilata borclu qaldığını xatırladıb.
Qeyd edək ki, 2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakını dondurduğunu elan edib. Bundan sonra Ermənistan qurumun büdcəsinə ödəniş etməyi, həmçinin KTMT tədbir və təlimlərinə nümayəndə göndərməyi dayandırıb.
Qiymət Mahir
tag: Ermənistan,KTMT,İclas,Rusiya,Todaypress.az,