Rusiya hələ Səudiyyə Ərəbistanı üçün baş danışıqçı seçməyib

Dünya

20.03.2025 15:00

1395

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp martın 18-də telefon danışığı zamanı Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda ölkələrini kimin təmsil edə biləcəyini müzakirə ediblər. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.

“Biz danışıqların ekspertlər səviyyəsində olacağını gözləyirik. Prezidentlər belə danışıqların zəruriliyindən və ölkələri kimin təmsil edə biləcəyi barədə danışıblar. Dünən prezidentin köməkçisi Yuri Uşakovla telefon danışığı zamanı bu barədə müzakirə olunub” deyə Kremlin sözçüsü qeyd edib. 

Aysel Mətləb

tag: Rusiya,Ukrayna,ABŞ,Dimitri Peskov,Todaypress.az,