Rusiya hərbi təyyarəsi Alyaska yaxınlığında görüldü

Dünya

15.04.2025 14:53

14

“Rusiya hərbi təyyarəsi ABŞ və Kanada hava sərhədlərinə daxil olmayıb”.

TodayPress xəbər verir ki, bu barədə Şimali Amerikanın Hava-Kosmik Müdafiə Komandanlığı (NORAD) rəsmi açıqlama yayıb.

Bildirilib ki, 2025-ci il aprelin 14-də NORAD Alyaska sahilləri yaxınlığında beynəlxalq hava məkanında uçuş həyata keçirən Rusiya hərbi təyyarəsini aşkar edib və onun hərəkət trayektoriyasını izləyib.

Açıqlamada vurğulanır ki, təyyarə yalnız Alyaska üzərindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub, lakin ABŞ və ya Kanadanın suveren hava məkanına keçməyib.

Komandanlığın məlumatına görə, bu kimi uçuşlar Rusiya Hərbi-Kosmik Qüvvələri tərəfindən bölgədə vaxtaşırı həyata keçirilir və ABŞ bu fəaliyyəti birbaşa təhlükə kimi qiymətləndirmir.

Qiymət Mahir

tag: ABŞ,Kanada,Hava-Kosmik Müdafiə Komandanlığı,NORAD,todaypress.az,