Rusiya HHQ 170 ədəd PUA-nı məhv etdi
Rusiya Hərbi Hava Qüvvələri mayın 3-nə keçən gecə 170 ədəd pilotsuz uçuş aparatını (PUA) məhv edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
PUA-lar Krasnodar diyarı, Rostov, Bryansk, Belqorod və Kursk vilayətləri səmasında vurulub.
Bundan başqa, RF Müdafiə Nazirliyi bildirib ki, Qara dəniz akvatoriyası üzərində 8 ədəd “Storm Shadow” qanadlı raketi və 3 “Neptun-MD” idarəolunan raketi məhv edilib. Dənizin akvatoriyasında isə Ukraynanın 14 ekipajsız kateri vurulub.
tag: Rusiya,HHQ,Ukrayna,Dron,Todaypress.az,