Rusiya iki diplomatı ölkədən çıxarır

Dünya

09.04.2025 20:30

17

Rusiya Rumıniyadakı rusiyalı diplomatların "arzuolunmaz şəxs" (persona non-qrata) elan edilməsinə cavab olaraq iki rumıniyalı diplomatı ölkədən çıxarıb.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili nazirliyə çağırılıb.

Martın 5-də Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki müvəqqəti işlər vəkili Yelena Kopninanı çağırıb və məlumat verib ki, ölkə hakimiyyəti Rusiya hərbi attaşesini və onun köməkçisini "1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun gəlməyən fəaliyyətə görə" persona non-qrata elan edib.

tag: Rusiya,Rumıniya,Arzuolunmaz Şəxs,Persona Non-Qrata,XİN,Diplomat, todaypress.az,