Rusiya ilə Gürcüstan arasındakı yol bağlandı
Qar uçqunu səbəbi ilə Rusiya və Gürcüstan arasında yeganə işlək avtomobil yolu bağlanıb.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat yayıb.
Bildirilib ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepansminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksək olduğundan bütün növ avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Nicat Osman
tag: Qar,Uçqun,Rusiya,Gürcüstan,Yol,Todaypress.az,