Rusiya ilə sərhəddə təhlükəsizlik tədbirləri artırılacaq

Dünya

06.03.2025 16:00

1921

Polşanın baş naziri Donald Tusk Rusiya ilə sərhəddə Avropa qoşunlarının mövcudluğunun artırılmasının nəzərdən keçirilməsini təklif edib.   

TodayPress xəbər verir ki, O, bu barədə sosial media hesabında yazıb. 

Tuskun bu açıqlaması regiondakı təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda səslənib.

Polşa və digər Şərqi Avropa ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra müdafiə tədbirlərini gücləndirməkdə maraqlıdır. 

Bu təklif Avropa İttifaqı və NATO daxilində müzakirəyə çıxarıla bilər. Qərb ölkələri Rusiya ilə sərhəd bölgələrində hərbi mövcudluğu artırmaqla mümkün təhdidlərə qarşı əvvəlcədən tədbir görməyə çalışırlar.   

Türkan İsgəndərli

tag: Rusiya,Polşa,Ukrayna,Avropa,NATO,Todaypress.az,