Rusiya iqtisadiyyatına investisiya axtarışı

Dünya

17.03.2025 17:20

1297

Beynəlxalq hedc fondları və brokerlər Rusiya korporativ istiqrazları və rublundan qazanc əldə etməyə çalışırlar. 

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” (FT) nəşrinin son hesabatında bildirilir.

Məlumata görə, bu maraq Rusiya və Ukrayna arasında mümkün atəşkəs danışıqları fonunda artır.

Kremlin açıqlamasına əsasən, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff martın 13-də Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

“İnvestorlar sanksiyalardan qorunan Rusiya istiqrazlarına və rubluna üstünlük verirlər.

Onlar hesab edirlər ki, Donald Trampın Vladimir Putinlə yaxınlaşması Rusiyaya kapital axınını sürətləndirə bilər” deyə nəşr yazır. Hesabata əsasən, hedc fondları və brokerlər uzun müddətdir Qərb tərəfindən diqqətdən kənarda qalan Rusiya aktivlərini araşdırırlar.

Onlar inanırlar ki, Trampın sanksiyaları yumşaltması Rusiyanın iqtisadiyyatına ciddi təsir göstərə bilər. 

Qeyd edək ki, bu il rubl ABŞ dollarına nisbətən təxminən üçdə bir nisbətində dəyər qazanıb. İnvestorlar isə Rusiyaya qarşı sanksiyaların daha geniş şəkildə ləğv edilə biləcəyinə ümid edirlər.

Qiymət Mahir

tag: Rusiya,İQtisadiyyat,İnvestisiya,Axtarış,Todaypress.az,