Rusiya, İran və Çin eyni masada: Nələr müzakirə olundu?

Dünya

08.04.2025 16:44

18

"Rusiya, İran və Çin rəsmiləri Moskvada keçirilən məsləhətləşmələr zamanı İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) və onu təsdiqləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəti başa çatdıqdan sonra mümkün inkişaf ssenarilərini müzakirə ediblər". 

TodayPress xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə açıqlamasında deyib. 

Qeyd edək ki, sözügedən qətnamənin müddəti 2025-ci il oktyabrın 18-də başa çatacaq.

Rudenko bildirib ki, tərəflər bu tarixdən sonrakı dövr üçün bir neçə mümkün variant üzərində işləyirlər. 

“Fərqli ssenarilər və variantlar müzakirə olunur. BMT Təhlükəsizlik Şurasının mövcud qətnaməsinin müddəti başa çatdıqdan sonra hansı hadisələrin baş verəcəyi bu baxımdan xüsusi önəm daşıyır” deyə o vurğulayıb. 

O, həmçinin əlavə edib ki, Rusiya, İran və Çin ABŞ-nin məsələni güc yolu ilə həll etməyə yönəlmiş mövcud siyasətini və bunun JCPOA-nın gələcəyi üçün mümkün nəticələrini diqqətlə izləyirlər. 

Aysel Mətləb

tag: Rusiya,Çİn,İran,Görüş,Todaypress.az,