Rusiya İranın nüvə proqramını dəstəkləyəcək
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın İranın nüvə proqramı ilə bağlı problemlərin həllində Tehranı dəstəkləməyə hazır olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Moskva İranla yaxşı münasibətlərə böyük əhəmiyyət verir və onları hərtərəfli inkişaf etdirməyi, o cümlədən nüvə proqramı kimi mühüm məsələlərin həllinə kömək etməyə hazırdır" deyə Peskov qeyd edib.
Nicat Osman
tag: Rusiya,İran,Nüvə,Dəstək,Todaypress.az,