Rusiya İsrail və Fələstinə çağırış etdi
"Rusiya Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmağa və bütün məhbusları azad etməyə çağırır".
TodayPress xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya tərəfləri qlobal münaqişənin davamlı siyasi həllinə nail olmaq üçün çalışır.
"Biz Qəzzada dərhal atəşkəs və bütün məhbusların azad edilməsində israr edirik".
O, qeyd edib ki, sülh prosesinin bərpası hərbi əməliyyatların tam dayandırılmasını və beynəlxalq hüquqi bazaya uyğun olaraq fələstinlilərlə israillilər arasında birbaşa dialoqun qurulmasına şərait yaradacaq.
Türkan İsgəndərli
tag: Rusiya,Zaxarova,İsrail,Fələstin,Todaypress.az,