Rusiya Kubaya 100 min ton neft tədarük etdi
Rusiya dövlət krediti
çərçivəsində Kubaya 100 min metrik ton neft tədarük edib və respublikaya
iqtisadi dəstək və humanitar yardım göstərməyə davam edəcək.
TodayPress xəbər verir ki, bunu Baş
nazirin müavini Dmitri Çernışenko bildirib.
“Rusiya Federasiyası Prezidentinin qərarı
ilə Havanaya dövlət krediti verilib və onun çərçivəsində fevralın 19-da Kubaya
təqribən 100 min metrik ton Rusiya nefti çatdırılıb” deyə rəsmi
ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın
plenar iclasında bildirib.
Çernışenko əlavə edib ki, Rusiya Kubaya
ikitərəfli kanallar və ixtisaslaşmış beynəlxalq qurumlar vasitəsilə iqtisadi
dəstək və humanitar yardım göstərməyə davam edəcək.
Aynur TAC
tag: Rusiya, Kuba, Neft, İxrac, Tədarük, todaypress.az,