Rusiya miqrasiya qaydalarını sərtləşdirir

Dünya

01.05.2025 13:20

9

Rusiyada miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi üzrə fəal işlər aparılır.

TodayPress xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan “RİA”ya açıqlamasında deyib. 

Onun sözlərinə görə, bu tədbirlər qanunsuz miqrasiya ilə mübarizə, prosedurların rəqəmsallaşdırılması və milli təhlükəsizliyin təmin olunması məqsədi daşıyır.

Ağasandyan miqrant ailələrinin ölkəyə daxil olmasına qoyula biləcək qadağanın da nəzərdən keçirildiyini bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin əvvəlindən aprelin sonunadək Rusiyada saxta miqrasiya sənədləri ilə bağlı 1 300-dən çox fakt aşkarlanıb. Bu, ötən ilin göstəricilərindən 41,6% çoxdur.

Qiymət Mahir

tag: Rusiya,Miqrasiya,Mikael Ağasandyan ,Miqrant,todaypress.az,