Rusiya Moldovanı enerji böhranından istifadə etməməyə çağırdı
Rusiya Moldova
hakimiyyətini enerji böhranından istifadə etməmək barədə xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
“Biz ölkədəki enerji
böhranından Dnestryanı problemin güc yolu ilə həll etmək üçün istifadə edilməsi
mövzusundakı fantaziyalara qarşı bir daha xəbərdarlıq etmək istərdik. Rusiya
Dnestr regionunda sülh və sabitliyin təmin edilməsində həlledici rol oynamağa
davam edəcək. Rusiya sülhməramlıları birgə sülhməramlı qüvvələrin tərkibində öz
missiyasını peşəkarcasına və etibarlı şəkildə yerinə yetirirlər" nazirlik
əlavə edib.
Aynur TAC
tag: Rusiya, Moldova, XİN, Enerji, todaypress.az,