Rusiya Moldovaya nota verdi

Dünya

20.03.2025 02:34

1311

Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfirliyinin bomba təhlükəsi ilə bağlı bloklanması ilə bağlı Moldovanın Moskvadakı səfiri Lilian Dariusa etiraz edib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

Mətbuat xidməti Moldovanın 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını pozduğunu qeyd edib. Nazirliyin məlumatına görə, Moldova hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiyanın Kişinyovdakı səfirini diplomatik nümayəndəliyə buraxmayıb, bununla da diplomatik nümayəndəliyin funksiyalarını yerinə yetirmək imkanlarını məhdudlaşdırıb, binanın içərisində olan şəxslər isə çölə çıxa bilməyiblər.

“Bir müddət sonra vəziyyət düzəldi və səfirliyin ətrafındakı kordon götürüldü. Moskva Moldova tərəfinin bundan sonra 1961-ci il Vyana Konvensiyasının müddəalarına ciddi əməl edəcəyini gözləyir”  bəyanatda deyilir.

 

tag: Rusiya,XİN, Bomba, Moldova, Nazirlik, Nota, todaypress.az,