Rusiya Moldovaya nota verdi
Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və
səlahiyyətli səfiri Lillina Dariya Rusiya Xarici İşlər Nazirliyinə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki,
Moldova diplomatik missiyasının rəhbərinə Moldova Prezidentinin 2024-cü ilin
oktyabrında Rusiya Federasiyasının Moldova Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri O.B.Ozerovun etimadnaməsini qəbul etməməsindən çaşqınlıq
ifadə edib.
Moldova
səfirinə Vyana Konvensiyasının mətni və Moldova tərəfinin diplomatik
nümayəndəliklərin rəhbərlərinə münasibətdə tətbiq edilən təcrübənin vahidliyi
və etimadnamələrini təqdim etmə qaydası baxımından onun müddəalarını pozmasının
səbəblərinin izahını tələb edən şifahi nota verilib.
tag: Rusiya, Moldova, XİN, Səfir, Prezident, todaypress.az,