Rusiya Myanmaya üç yardım təyyarəsi göndərəcək
Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələdən zərər çəkən Myanmaya daha üç təyyarə göndərəcək.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Myanmadakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Dmitri Borisov bildirib.
Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin ilk iki reysi ərzaq, generatorlar və çadırlar da daxil olmaqla, çəkisi 68 tondan çox olan humanitar yardımı Myanmaya göndərilib.
Xatırladaq ki, martın 28-də Myanmada baş verən 7,9 bal gücündə zəlzələ 3000-dən çox insanın ölümünə, 4700-dən çoxunun isə xəsarət almasına səbəb olub.
Türkan İsgəndərli
tag: Rusiya,Myanma,Zəlzələ,Yardım,todaypress.az,