Rusiya Myanmaya xilasedicilər göndərdi

Dünya

29.03.2025 08:34

1724

Rusiya Fövqəladə Hallar Nazirliyi dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Myanmaya xilasedicilər və həkimləri daşıyan iki təyyarə göndərib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

"Rusiya prezidentinin və fövqəladə hallar nazirinin göstərişinə əsasən, güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etmək üçün bir qrup rus xilasedicisi Moskva yaxınlığındakı Jukovski hava limanından iki təyyarə ilə Myanmaya yola düşüb" məlumatda qeyd olunub..

Bildirilib ki, Nazirliyin operativ qrupuna Tsentrospas aviasiya dəstəsinin və Yüksək Riskli Xilasetmə Əməliyyatları üzrə Lider Mərkəzinin 120 xilasedicisi, həmçinin dağıntılar altında olan insanların axtarışında bacarıqlı K-9 qrupları, Fövqəladə Hallar Nazirliyinin anestezioloqları və psixoloqları daxildir.

Martın 28-də Myanmada güclü zəlzələ baş verib. Müxtəlif hesablamalara görə, onun maqnitudası 7,7-7,9 arasında olub. İlk zəlzələdən sonra 6,4 bal gücündə daha bir zəlzələ baş verib.

Aynur TAC

tag: Myanma,Qurban, Ölüm,Münaqişə ,Rusiya, Xilasedici, todaypress.az,