Rusiya NATO-ya təhlükə olaraq qalır

Dünya

04.04.2025 16:45

2928

"Rusiya Ukraynadakı münaqişə bitdikdən sonra da NATO üçün uzunmüddətli təhlükə olaraq qalacaq". 

TodayPress xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib. 

Onun sözlərinə görə, alyansın təhlükəsizliyini təmin etmək üçün daha geniş və dayanıqlı tədbirlər alınmalıdır.

Baş katib əlavə edib ki, NATO-ya təhdid, ona üzv olan ölkələrə təhdid deməkdir.   

Bu səbəbdən alyans ölkələri hərbi xərclərini artırmağa başlayıb. 

Türkan İsgəndərli

tag: Rusiya,NATO,Mark Rutte,Baş Katib, Avropa, Ukrayna, todaypress.az,