Rusiya nefti 16 faizədək ucuzlaşdı
Rusiyanın "Urals" markalı xam neftinin qiyməti aprelin
ilk günlərində 14-16 faiz ucuzlaşıb.
TodayPress “RBK”ya istinadən xəbər
verir ki, "Urals" nefti qiymətdə bir barelə görə təqribən 10 dollar
itirib.
Bu, 2023-cü
ilin iyulundan bəri ən aşağı göstəricidir.
Bildirilir ki,
neftin qiymətinin azalması ABŞ-nin başlatdığı ticarət müharibələri səbəbindən
fond bazarlarının ümumi enişi və OPECt+ hasilatının artımı fonunda baş verir.
tag: Rusiya, Neft, Urals, ABŞ, OPEC,