Rusiya Nigerdə ​​səfirliyini yenidən açacaq

Dünya

04.04.2025 02:44

2502

Moskva 2025-ci ildə Nigerdəki səfirliyini yenidən açacaq.

TodayPress xəbər verir ki, bunu  Rusiyanın xarici işlər naziri Sergey Lavrov nigeriyalı həmkarı Bakari Yaou Sanqare ilə görüşdə deyib.

"Sizin köməyinizlə biz səfirliyimizin bərpası üçün təşkilati işləri tezliklə başa çatdıracağıq. Biz bunu 2025-ci ildə mütləq edəcəyik" o qeyd edib.

Lavrov həmçinin Niger xalqını Niger Futbol Federasiyasının prezidenti Djibrilla Hamidu Himanın FİFA Şurasına seçilməsi münasibətilə təbrik edib.

Aynur TAC

 

tag: Lavrov, Rusiya, XİN, Görüş, Səfirlik,Nigeriya, todaypress.az,