Rusiya nümayəndə heyəti ABŞ ilə danışıqlara başlayır
Rusiya nümayəndə heyəti ABŞ tərəfi ilə danışıqlar aparmaq üçün İstanbuldakı Amerika baş konsulunun iqamətgahına gəlib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
“Rusiya nümayəndələri ABŞ-nin İstanbuldakı baş konsulunun iqamətgahına gəliblər, burada səfirliklərin işi ilə bağlı iki ölkə arasında görüş keçiriləcək. Danışıqlar mətbuata qapalı olacaq. Nümayəndə heyətlərinin tərkibi açıqlanmayıb” deyə agentlikdən bildirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Türkiyədəki səfirliyi Rusiya-Amerika danışıqlarında Ukraynadakı münaqişənin həlli, siyasi və təhlükəsizlik məsələlərin deyil, səfirliklərin işi ilə bağlı məsələlərin müzakirə olunacağını bildirmişdi.
Töhfə Səməd
tag: Rusiya ,ABŞ ,İstanbul,Türkiyə,Səfirlik,todaypress.az,