Rusiya nümayəndəsi amerikalı senatorlarla görüşdü
Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa Təşəbbüslər Fondunun rəhbəri Kirill Dmitriyev amerikalı senatorlarla görüşüb.
TodayPress xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.
İclas ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə baş tutub. Görüşdə Ukraynada müharibənin dayandırılması şərtləri və Rusiya prezidenti Vladimir Putinin atəşkəs tələbləri müzakirə edilib.
Dmitriyev Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasında irəliləyişin olduğunu bəyan edib. Onun sözlərinə görə, böhranı tez həll etmək üçün Moskvanın təhlükəsizlik sahəsindəki maraqları nəzərə alaraq uzunmüddətli həll yolu tapılmalıdır.
Qeyd edək ki, aprelin 2-də Rusiya nümayəndəsi Kirill Dmitriyev ABŞ rəsmiləri ilə görüşmək üçün Vaşinqtona gəlib.
Türkan İsgəndərli
tag: Rusiya,ABŞ,Kirill Dimitriyev,Senator,Görüş,Todaypress.az,