Rusiya nüvə proqramı ilə bağlı həlledici vasitəçi ola bilər
Rusiya İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü ölkəyə ötürülməsi və razılaşma şərtlərinin icrasına nəzarət üçün arbitr kimi çıxış etməklə yeni nüvə razılaşmasında əsas rol oynaya bilər.
TodayPress xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Nəşr qeyd edib ki, ABŞ prezidenti Donald Tramp 2018-ci ildə ilk prezidentliyi dövründə 2015-ci il İran nüvə sazişindən çıxmışdı. İndi isə o, Tehrana yeni razılaşma imzalamaq üçün təzyiq göstərir və əks halda hərbi müdaxilə ilə hədələyir.
Məqalədə bildirib ki, Vaşinqton İranın uranı ölkə daxilində saxlamaq planına qarşı çıxır və ehtiyatların ya məhv edilməsini, ya da Rusiya kimi neytral sayılan bir ölkəyə ötürülməsini tələb edir. Eyni zamanda, İran ABŞ razılaşmanı pozarsa, maddi kompensasiya alacağına dair hüquqi təminat istəyir.
İran rəsmiləri ABŞ Konqresi tərəfindən təsdiqlənmiş müqavilənin ən etibarlı təminat olduğunu bildirirlər, lakin Konqresdə İsrailə loyallığın yüksək səviyyəsi fonunda bu ehtimalın reallığı sual altındadır.
Mümkün variantlardan biri də odur ki, ABŞ razılaşmanı pozarsa, Rusiya İrana təhvil verilmiş uran ehtiyatlarını geri qaytarmaq hüququna malik olur. Bu, İran üçün cəza sanksiyalarından yayınma mexanizmi hesab oluna bilər.
Nəşrə görə, belə bir razılaşma Rusiyaya ABŞ–İran münasibətlərində strateji rol qazandırmaqla yanaşı, Almaniya, Fransa və Böyük Britaniyanın – 2015-ci il razılaşmasının əsas təminatçılarının prosesdəki mövqeyini zəiflədə bilər.
Qiymət Mahir
tag: Rusiya,İran,ABŞ,Nüvə,todaypress.az,