Rusiya Omanda ABŞ və İran arasında təmasları alqışlayır

Dünya

08.04.2025 14:32

18

Rusiya, şübhəsiz ki, ABŞ və İran arasında Omanda planlaşdırılan təmasları İranın nüvə dosyesi ətrafında gərginliyin azaldılmasına töhfə kimi alqışlayır.

TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Biz dəfələrlə demişik ki, İranın nüvə dosyesi probleminin siyasi və diplomatik tədbirlərlə həllinin tərəfdarıyıq. Əgər belədirsə, bunu yalnız alqışlamaq olar. Biz bilirik ki, Omanda müəyyən birbaşa və dolayı təmaslar planlaşdırılır. Əlbəttə ki, bu, yalnız müsbət qarşılana bilər, çünki bu, İran ətrafında gərginliyin azalmasına gətirib çıxara bilər" deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran danışıqların birinci raundunu aprelin 12-də Omanda keçirmək barədə razılığa gəliblər.

tag: Rusiya,Oman,ABŞ,İran,Todaypress.az,