Rusiya ordusu Ukrayna hərbi aerodromlarına zərbələr endirdi

Dünya

10.02.2025 18:40

2206

Rusiya ordusu Ukrayna hərbi aerodromlarının infrastrukturuna zərbələr endirib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyat zonasında vəziyyətlə bağlı gündəlik brifinq zamanı jurnalistlərə məlumat verib.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası 142 rayonda cəmləşib.

Müdafiə Nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri Rusiya tərəfindən Ukrayna Silahlı Qüvvələrinə məxsus 31438 ədəd hərbi xüsusi texnika, 21477 səhra artilleriya qurğusu və minaatan, 1 514 reaktiv yaylım atəşi sistemi, 21 278 tank və digər zirehli döyüş texnikası, 5623 raket əleyhinə sistem, 42 851 pilotsuz uçuş aparatı sıradan çıxarılıb.

Aysel Mətləb

tag: Rusiya ,Ukrayna,Hərbi,Aerodrom,Müdafiə Nazirliyi,todaypress.az,