“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trump arasında görüşün hazırlanmasına başlanılıb. Lakin bu proses hələ başlanğıc mərhələsindədir”.
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trump arasında görüşün hazırlanmasına başlanılıb. Lakin bu proses hələ başlanğıc mərhələsindədir”.
TodayPress “RIA”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov açıqlama verib.
O, fevralın 22-də bildirib ki, Putin və Trump arasında görüşün təşkil edilməsi üçün intensiv iş aparılmalıdır və artıq başlanıb.
Ər-Riyad şəhərində keçirilən Rusiya və ABŞ arasındakı danışıqlar da mühüm rol oynayıb. “Ər-Riyaddakı danışıqlar, bu işin vacib həlqəsi, mühüm elementidir. Müzakirə olunan məsələlər isə eyni qalır” deyə Ryabkov bildirib.
O, əlavə edib ki, Putin və Tramp arasında keçiriləcək görüşdə əsas məsələlər Rusiya ilə ABŞ arasındakı münasibətlərin normallaşdırılması və Ukrayna münaqişəsinin həlli olacaq.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,Putin,Zelenski,Todaypress.az,