Rusiya qazı Aİ bazarına daxil olmaqda davam edir
Avropa Komissiyasının (AK) rəsmi Moskvanın enerji resurslarından qurtulmaq cəhdlərinə baxmayaraq, Rusiya qazı Avropa İttifaqı bazarına daxil olmaqda davam edir.
TodayPress xəbər verir ki, bunu AK nümayəndəsi Anna-Kaisa İtkonen Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, AK tezliklə Aİ-ni Rusiyanın enerji resurslarından tamamilə təmizləməyə yönəlmiş yeni strategiya təqdim edəcək. İtkonen bildirib ki, sənəd komissiyanın yeni tərkibinin ilk 100 günündə, yəni martın ortalarına qədər dərc ediləcək.
Töhfə Səməd
tag: Aİ,Rusiya, Qaz, Avropa Komissiyası,Dünya,todaypress.az,