Rusiya qazının Macarıstana tədarükü rekord həddə çatdı
2024-cü ilin sonunda Rusiyadan Macarıstana təbii qaz tədarükünün ümumi həcmi rekord həddə çatıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat verib.
Bildirilib ki, 12 ay ərzində Rusiya qazının Macarıstana ixracının həcmi 8,6 milyard kubmetrə çatıb.
2025-ci ilin əvvəlindən isə tədarüklər ümumilikdə 1,18 milyard kubmetr təşkil edib.
Aysel Mətləb
tag: Rusiya,Macarısta,Qaz,Tədarük,Todaypress.az,