Rusiya qoşunları Ukraynada yeni ərazi nəzarətə götürdü
Rusiya qoşunları Donetsk vilayətinin Çasiv Yar rayonunun cənubunda, Dnepr gölünün şimal sahil zonasına nəzarəti ələ keçirib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumatda deyilir ki, Rusiya qüvvələri Ukraynanın mühüm mövqelərini əldə etdikdən sonra Çasiv Yarın şərq istiqamətində irəliləməyə davam edir.
“İrəliləyiş nəticəsində Dnepr gölünün şimal sahil zonası Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib” deyə Rusiya agentliyi bildirir.
Məlumatda şəhər ərazisinin aktiv şəkildə ələ keçirildiyi iddia olunur.
tag: Rusiya,Ukrayna,MÜnaqişə,Ərazi,Todaypress.az,