Rusiya rəsmisi Ər-Riyad görüşündən danışdı

Dünya

26.03.2025 18:44

2338

“ABŞ nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən danışıqlarda Rusiyanın mövqeyini çox diqqətlə dinləyirdi”.

TodayPress xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin üzvü, senator Qriqori Karasin “RİA”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, hər iki tərəf uzun sürən danışıqlar zamanı qarşılıqlı etimad mühiti formalaşdırmağa nail olub:

“Bizi çox diqqətlə dinlədiklərini düşünmək istəyirəm. Onu deyə bilərəm ki, bütöv gün davam edən danışıqların sonuna doğru tərəflər artıq bir-birinə alışmışdı və fikirlərini daha açıq və birbaşa şəkildə ifadə edirdilər” deyə Karasin vurğulayıb.

Xatırladaq ki, Rusiya və ABŞ arasında 24 martda Ər-Riyadda keçirilmiş danışıqlar 12 saatdan çox davam edib. 

Qiymət Mahir

tag: ABŞ,Rusiya,Ər-Riyad,