Rusiya Rubionun səfərindən məlumatlı deyil

Dünya

03.05.2025 16:50

11

ABŞ dövlət katibi Marko Rubionun Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcəyi ilə bağlı Kremlin əlində heç bir təsdiq edilmiş məlumat yoxdur.

TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı danışıb: 

“Hazırda ABŞ mediası müxtəlif məlumatlar yayır. Bəzən təəccüblənirsən, bəzən də nə demək istədiklərini anlaya bilmirsən. Amma bu məsələdə məndə heç bir məlumat yoxdur”.

Qiymət Mahir

tag: ABŞ,Marko Rubio,Qələbə Paradı,Dmitri Peskov,todaypress.az,