Rusiya rumıniyalı diplomatları “persona non-grata” elan etdi
Rusiya Rumıniyanın Moskvadakı səfirliyindəki müdafiə attaşesini və onun müavinini “persona non-grata” elan edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rumıniyanın Rusiyadakı səfirliyinin müvəqqəti işlər vəkili aprelin 9-da Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona qərara dair diplomatik nota təqdim edilib.
Moskva bildirib ki, bu tədbir Buxarestin əvvəlki qərarına cavabdır.
Xatırladaq ki, martın 5-də Rumıniya Rusiyanın Buxarestdəki səfirliyindəki Rusiya hərbi, hava və dəniz attaşesini, onun müavinini “persona non-grata” ilə yanaşı, “1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasını pozan fəaliyyətlərdə iştirak etməkdə” ittiham edib.
Töhfə Səməd
tag: Rusiya,Ruminiya,Diplomat,persona non-grata,Todaypress.az,