Rusiya səfiri İrəvanda qəzaya düşdü
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin avtomobili
İrəvanda qəzaya düşüb.
TodayPress xəbər verir ki, bu barədə Səfirliyin mətbuat xidmətindən məlumat
verilib.
Diplomat
və onun sürücüsü yüngül bədən xəsarətləri alıblar.
Qəza
şəhərdə “çətin hava şəraiti” səbəbindən baş verib. Səfirlikdən bildirilib ki,
Kopırkin və onun sürücüsünə tibbi yardım göstərilib, səhnələri üçün təhlükə
yoxdur.
Sergey
Kopırkin 2018-ci ilin aprelində prezident Vladimir Putinin fərmanı ilə
Ermənistana səfir təyin edilib. O, daha əvvəl Kamerunda (1985–1986), Nigerdə
(1986–1988), Ruandada (1990–1994) və Böyük Britaniyada (2000–2005)
səfirliklərdə çalışıb. 2011-2018-ci illərdə Rusiyanın Avropa İttifaqı yanında
daimi nümayəndəsinin müavini olub
tag: Səfir, Rusiya, İrəvan, Qəza, Xəsarət, Sergey, Avtomobil, todaypress.az,