Rusiya səfiri: “Tramp dövründə də ABŞ ilə ittifaq yaranmadı”

Dünya

13.04.2025 12:30

16

Rusiya Federasiyasının Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirib ki, Donald Trampın prezidentliyi dövründə ABŞ ilə münasibətlərdə ritorik dəyişikliklər müşahidə olunsa da, iki ölkə arasında real ittifaq formalaşmadı.

TodayPress xəbər verir ki, bu barədə diplomat “BBC”yə verdiyi müsahibədə danışıb.

Kelin Rusiyanın ABŞ ilə münasibətləri mərhələli şəkildə tənzimləməyə çalışdığını deyib: 

“Sualınız bu cür səslənir: tam etimadsızlıqdan qarşılıqlı anlaşmaya iki ay ərzində keçid mümkündürmü? Mənim cavabım – xeyr. Fikir ayrılıqları çoxdur, amma bu fərqləri müxtəlif sahələrdə addım-addım həll etməyə çalışırıq”.

Diplomat Moskvanın Ukrayna ilə bağlı prinsipial mövqeyini Vaşinqtonun yaxşı bildiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya müvəqqəti atəşkəsdə maraqlı deyil və əsas məqsəd hərtərəfli nizamlama əldə etməkdir.

Kelin danışıqlara hazırlıqla bağlı suala cavab verərkən Rusiyanın bu məsələdə ciddi olduğunu, lakin “effektli media obrazı yaratmaq” üçün mövqeyindən güzəştə getməyəcəyini vurğulayıb.

Qiymət Mahir

tag: Rusiya,Səfir,Britaniya,ABŞ,Donald Tramp,Andrey Kelin,todaypress.az,