Rusiya səfirinə nota verildi
Rusiya səfiri Sergey Belyayev İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
TodayPress xəbər verir ki, bu barədə İsveç XİN rəhbəri Mariya Stenerqrad "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Diplomat “Sumı və Krivoy Roq şəhərlərinə hücumlarla əlaqədar” XİN-ə çağırılıb.
Aprelin 13-də Rusiya Silahlı Qüvvələri Sumıda Ukrayna Silahlı Qüvvələrinin “Seversk” operativ-taktiki qrupunun komanda heyətinin iclasının keçirildiyi yerə iki “İsgəndər-M” raketini buraxıb. Nəticədə 60-dan çox ukraynalı hərbçi həlak olub.
tag: Rusiya, Səfir, Nota, İsveç, XİN, İsgəndər-M, Raket, todaypress.az,