Rusiya silahlı qüvvələri yeni qırıcı təyyarələr aldı
Rusiya Aerokosmik Qüvvələri Su-35S qırıcı təyyarələrinin ilk partiyasını alıb.
TodayPress xəbər verir ki, bu barədə "Rostec"in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu qırıcılar zavod sınaqlarından keçib və texniki heyət tərəfindən qəbul edilib.
Qırıcılar artıq rus baza aerodromundadır.
Rusiya hərbi gücünü artırmaq üçün daha bir neçə təyyarə partiyası alacaq.
Qeyd edək ki, Su-35S beşinci nəsil aviasiya sistemləri çoxməqsədli döyüş təyyarəsidir. O, iki rəqəmsal mühərriklə təchiz edilib.
Bu, təyyarənin uçuş performansını və manevr xüsusiyyətlərini yaxşılaşdırır.
Türkan İsgəndərli
tag: Rusiya,Aerokosmik,Qırıcı,SU35S,Todaypress.az,