Rusiya Silahlı Qüvvələrinin mütəxəssislərə ehtiyacı var

Dünya

17.04.2025 19:30

12

Rusiya Silahlı Qüvvələrinin mütəxəssislərə illik ehtiyacı təxminən 80 min nəfərdir.   

TodayPress xəbər verir ki, bu barədə Baş Qərargahın Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəis müavini Anatoli Roşçenko məlumat verib. 

Baş Qərargahın nümayəndəsi rusların hərbi ixtisaslar üzrə hazırlanmasını prioritet istiqamətlərdən biri adlandırıb.

O qeyd edib ki, bu cür təlimlər 17 yaşına çatmış, hərbi xidmətə çağırılmalı olan və sağlamlığına, fiziki inkişafına, mənəvi-əxlaqi keyfiyyətlərinə və təhsil səviyyəsinə görə hərbi xidmətə yararlı kişilər üçün nəzərdə tutulub. 

Roşçenko onu da aydınlaşdırıb ki, hazırda Rusiyada hərbi qeydiyyat ixtisaslarının siyahısının genişləndirilməsi istiqamətində iş aparılır.   

"Bu il biz artıq pilotsuz sistemlər, mühəndislik ixtisasları və dalğıclar üzrə mütəxəssislərin hazırlanması üçün eksperiment keçirməyi planlaşdırmışıq" deyə o bildirib. 

Töhfə Səməd

tag: Rusiya,Ordu,Mütəxəssis,Dəstək,Todaypress.az,