Rusiya Şimali Koreyaya döyüş dronlarının istehsalında texniki yardım göstərib
Rusiya Şimali Koreyaya bir neçə növ döyüş dronunun hazırlanması üçün texniki yardım göstərib. Pxenyan bu pilotsuz uçuş aparatlarının kütləvi istehsalına artıq bu il başlamağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə Yaponiya tele-radio şirkəti “NHK” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, bu əməkdaşlıq Şimali Koreyanın Rusiya Prezidenti Vladimir Putinə Ukrayna müharibəsində dəstək vermək üçün qoşun göndərməsi müqabilində əldə olunan razılaşmanın bir hissəsidir.
Bununla belə, Rusiya ABŞ və Çinin reaksiyasından ehtiyat edərək Pxenyana nüvə silahı sahəsində yardım göstərmək niyyətində deyil.
Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Şimali Koreya noyabr ayında lideri Kim Çen Inin kamikadze dronlarının sınaqlarına şəxsən nəzarət etməsindən və kütləvi istehsal üçün göstəriş verməsindən sonra pilotsuz uçuş aparatlarının istehsalını gücləndirib.
Qiymət Mahir
tag: Rusiya,Şimali Koreya, Cənubi Koreya,Ukrayna,Todaypress.az,