Rusiya “Taliban”ı terror təşkilatları siyahısından çıxartdı

Dünya

17.04.2025 19:50

22

Rusiya Federasiyasının Ali Məhkəməsi ölkədə "Taliban" hərəkatının fəaliyyətinə qoyulan qadağanı müvəqqəti olaraq dayandırıb. 

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Bildirilir ki, iddianı Rusiya Baş Prokuroru qaldırıb. İclas bağlı keçirilib. 

Bundan əvvəl "Taliban" siyasi bürosunun rəhbəri və Əfqanıstanın Qətərdəki səfiri Suhail Şahin deyib ki, Taliban hərəkatına qoyulan qadağanın dayandırılması Rusiya və Əfqanıstanın maraqlarına uyğundur. 

Türkan İsgəndərli

tag: Rusiya,Taliban, Moskva, Əfqanıstan ,Kabil ,todaypress.az,