Rusiya üç moldovalı diplomatı ölkədən çıxarır

Dünya

04.04.2025 17:15

861

Rusiya Moldovanın ölkədəkı səfirliyinin üç əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, aprelin 4-də Moldovanın Rusiyadakı səfiri Lilian Dariye Rusiya XİN-ə dəvət olunub və ona Moldova hökumətinin martın 31-də Rusiyanın Kişinyovdakı səfirliyinin üç əməkdaşını “diplomatik statusa uyğun olmayan fəaliyyətə görə” ölkədən çıxarmaq qərarına rəsmi etiraz təqdim edilib.

“Rusiya Federasiyasının Moldovadakı səfirliyi 1961-ci il Vyana Konvensiyasının müddəalarına tam şəkildə uyğun fəaliyyət göstərir.

Rusiya diplomatik missiyasının Moldova Respublikasının daxili işlərinə müdaxilədə ittiham olunması əsassızdır” deyə Rusiya XİN-in açıqlamasında bildirilir.

Lilian Dariyeyə Rusiyanın qarşılıqlı addım olaraq Moldovanın üç diplomatik nümayəndəsini ölkədən çıxarmaq qərarını əks etdirən nota təqdim olunub. Həmin şəxslərin Rusiya ərazisini tərk etməli olduqları vurğulanıb.

Qiymət Mahir

tag: Rusiya,Moldova,Diplomat,Səfirlik,Todaypress.az,