Rusiya Ukrayna aerodromlarına zərbələr endirdi

Dünya

20.03.2025 14:11

1488

Rusiya qoşunları Ukraynanın hərbi əməliyyat ərazisindəki aerodromlarına zərbələr endirib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Rusiya Silahlı Qüvvələri qruplarının operativ-taktiki aviasiya, pilotsuz uçuş aparatları (PUA), raket qüvvələri və artilleriyası hərbi aerodrom infrastruktur obyektlərinə ziyan vurub” deyə bildirilib.

Bundan əlavə, idarəetmə məntəqələrinə və PUA-ların anbar sahələrinə, canlı qüvvə və texnikanın cəmləşdiyi ərazilərə, eləcə də döyüş sursatı və silahlarla təchiz olunmuş hərbi eşelona zərbələr endirilib.

Aysel Mətləb

tag: Rusiya,Ukrayna,Aerodrom,Zərbə,Todaypress.az,