Rusiya Ukrayna məsələsində ABŞ ilə fərdi danışıqlar aparacaq

Dünya

13.03.2025 18:42

2167

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya Ukrayna məsələsini Amerika nümayəndələri ilə müzakirə etmək üçün birbaşa danışıqlar aparacaq.

TodayPress xəbər verir ki, o, bunu jurnalistlərə müsahibə verərkən deyib. 

"Birbaşa danışıqlar aparan şəxslər Ukrayna sənədlərini amerikalılarla müzakirə edəcəklər. Ən azından hazırda bu barədə razılıq əldə olunub" deyə o diqqətə çatdırıb. 

Prezidentin köməkçisi əlavə edib ki, o, ABŞ nümayəndələri ilə Ukrayna məsələsində qarşılıqlı əlaqəni davam etdirəcək. 

Töhfə Səməd

tag: Rusiya,Ukrayna,Uşakov,Danışıqlar,Todaypress.az,