Rusiya Ukraynada iki ərazini ələ keçirdi
Əməliyyat “Qərb” və “Mərkəz” hərbi qruplarının bölmələri tərəfindən həyata keçirilib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, “Qərb qüvvələri qrupunun bölmələri fəal hərbi əməliyyatlar nəticəsində Luqansk istiqamətində Novoeqorovka qəsəbəsini ələ keçirib”.
Bundan başqa, “Mərkəz qoşun qrupunun bölmələri Donetskdə Şevçenko kəndini ələ keçirib”, deyə Rusiya Hərbi İdarəsi bildirib.
Nicat Osman
tag: Donetsk, Ukrayna,Rusiya,Müharibə,Dünya,todaypress.az,