Rusiya Ukraynanın itkilərini açıqladı

Dünya

06.04.2025 16:55

16

Rusiya müharibənin 1138-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

Bildirilir ki, müharibə başladığı gündən indiyə qədər Ukrayna tərəfinin 660 təyyarəsi, 283 helikopteri, 50 082 PUA-sı, 601 zenit-raket kompleksi, 22 701 tank və digər zirehli texnikası, 1 534 reaktiv yaylım atəş sistemi, 23 276 artilleriya və minaatanı, 33 714 xüsusi hərbi avtomobil texnikası vurulub.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 24 fevral 2022-ci ildə başlayıb.

Türkan İsgəndərli

tag: Rusiya,Ukrayna,Müharibə,Ordu,todaypress.az,